İlham Əliyev Antalyaya gedir: Gərgin müzakirələr başlayır

12.11.2015 - 14:48

ilham2Azərbaycanın G20-də müşahidəçi statusunda iştirak etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından mühüm rol oynaya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında G20-də Azərbaycanı ekspert kimi təmsil edəcək İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyib. İqtisadçı alim sammitlə bağlı gözləntilərindən danışıb:

“2015-ci ilin G20 baxımından perspektiv və prioritetlərinə baxsaq, görərik ki, əsas vəzifələr 3İ formasında qruplaşdırılıb. Birincisi, inkluziv inkişafdır. Yəni G20 və dünyada inkluziv inkişafı qoruyub saxlamaq, bu istiqamətdə fəaliyyəti genişləndirmək, dayanıqlı, fasiləsiz inkişafa nail olmaq əsas hədəflərdəndir. Bu, 2014-cü ilin noyabrında təsdiq edilmiş fəaliyyət planında da nəzərdə tutulub.

İkinci istiqamət daha çox 2014-cü il planında nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsidir. Həmin fəaliyyət planı “Brisbane” adlanır. Plana əsasən, G20 ölkələri təxminən 1000-ə yaxın vəzifənin həyata keçirilməsi öhdəliyini götürüb. Bunların sırasına 2018-ci ilədək dünyada ümumdaxili məhsulun əlavə olaraq 2 trilyon artırılması və milyonlarla iş yerinin yaradılması, o cümlədən beynəlxalq vergi sistemi, maliyyə tənzimlənməsi, beynəlxalq maliyyə sisteminin inkişafının davam etdirilməsi daxildir.

Üçüncü hədəf isə investisiyaların həm G20, həm də digər ölkələrdə cəlbinə nail olmaqdır”.

Ekspert G20-də keçirilməsi nəzərdə tutulan Beyin İyirmiliyinin tədbirinə də toxunub:

“Bu, G20-nin əsas platformlarından biridir. Burada əsas məqsəd dünya liderlərinin Antaliyaya gələnədək sammitin fəlaiyyətinin qiymətləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanmasıdır. Builki sammit əvvəlkilərdən fərqlənir. Hazırda dünya iqtisadiyyatında vəziyyət yaxşı deyil, xeyli dəyişikliklər var. Neftin dünya bazarındakı qiyməti əvvəlki sammitdən sonra xeyli aşağı düşüb. Nəzərə alsaq ki, G20-yə daxil olan ölkələrin əksəriyyəti neft dövlətidir, üstəlik, Rusiya bu gün G20-yə üzv olan bəzi ölkələr tərəfindən sanksiyalara məruz qalıb, onda müzakirələrin heç də asan olmayacağını qəbul etməliyik”.

V.Bayramov G20-nin Azərbaycan üçün əhəmiyyətini də qeyd edib:

“Bu dəfə G20-yə müşahidəçi ölkələr və bir sıra digər birliklər dəvət olunub. Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edəcək. Regional məsələlərin müzakirəsində Azərbaycanın mövqeyinin öyrənilməsi və bunun təqdim edilməsi olduqca vacibdir. Prezident İlham Əliyev Azərbaycanın mövcud potensialı, rəqabət qabiliyyətliliyi ilə yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı mühüm həqiqətləri dünya gündəminə daşımaq imkanı əldə edəcək. Bu baxımından sammitin Azərbaycan üçün əhəmiyyətini xüsusilə qeyd etmək olar”.

İqtisadçı alimin sözlərinə görə, sammitdə qəbul ediləcək qərarlar birmənalı şəkildə dünya iqtisadiyyatı və siyasətinə təsir edəcək:

“Güman olunur ki, G20 əvvəlki fəaliyyət planına əsasən öz işini davam etdirəcək. Ancaq hələlik yekunların qiymətləndirilməsi göstərir ki, G20 bu məsələdə heç də uğurlu nəticələr əldə etməyib. Keçən 1 il müddət ərzində dünya iqtisadiyyatında vəziyyət get-gedə pisləşib, Beynəlxalq Valyuta Fondu (BVF) da daxil olmaqla, beynəlxalq maliyyə qurumları qlobal iqtisadiyyatla bağlı proqnozlarına dəyişiklik edərək iqtisadi artımın faizini azaldıblar”.

Qeyd edək ki, Böyük İyirmiliyin (G20) Zirvə Toplantısı bu il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində təşkil ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=38912

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728