Nazirin səlahiyyəti İltimas Məmmədova həvalə edildi
“Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini İltimas Məmmədov icra edir”.
Bu barədə modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edildikdən sonra bu səlahiyyət sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib və hazırda nazirin vəzifəsini o icra edir.
Qeyd edək ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=39033