Əli Abbasov indi harada işləyir? – Foto

Axar.az xəbər verir ki, Ə.Abbasov AMEA-nın həqiqi üzvüdür.
Eks nazir qurumun İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib. Hökumətdəki mənbələrdən APA-ya bəlli olub ki, RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər. RYTN faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqa zidd əməllərinin poliqonuna çevrilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=39049