Əli Kərimli məhkəməyə üz tutur

16.11.2015 - 11:17

eli3“Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Yerli məhkəmələr iddiamızı təmin etməsələr, Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.

O bildirib ki, hazırda hüquqşünaslarla məsləhətləşmələr aparılır, sənədlər toplanır.

H.Kərimov qeyd edib ki, AXCP-nin dövlət qeydiyyatına alınmamasının partiya üzvlərinə heç bir təsiri olmayacaq.

Razi Nurullayev isə sayta açıqlamasında deyib ki, rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələri ilə bağlı sənədlər Ədliyyə Nazirliyindədir: “Bizim sənədlərimiz geri qaytarılmayıb. AXCP kimi qeydiyyata alınmaqla bağlı gözləntimiz var. Cavabı gözləyirik, cavab aldıqdan sonra atacağımız addımları müəyyən edəcəyik”.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb. Nazirlikdən bildirilib ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP “Etimad qurultayı” adı ilə sənəd təqdim edib. Buna görə də tərəflərə təkilif edilib ki, mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət edilsin.

Short URL: http://www.cumhuriyyet.net/?p=39283

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728