Ərdoğan Azərbaycana qarşı addım atacaqmı? – Putinlə görüş…
G-20 sammitinin başlamasından bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Antalyada “Türk axını” layihəsini müzakirə edib.
Publika.az xəbər verir ki, tərəflər Türkiyədə hökumətin formalaşmasından sonra bu məsələ ilə bağlı danışıqları davam etdirilməsi ilə bağlı razılığa gəlib.
“Liderlər ona razılaşdılar ki, hökumət formalaşan kimi biz Türkiyə Energetika Nazirliyi və təyin olunacaq yeni nazirlə birlikdə bu layihənin reallaşması istiqamətində işə davam edək”, – deyə Rusiya energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, hər kəs işlərin sürətlə aparılmasının xeyir verəcəyini anlayır.
Qeyd edək ki, “Türk axını” layihəsi 2014-cü ilin 2 dekabr tarixində Putinin Ankaraya səfərində elan edilsə də, indiyə qədər layihədə heç bir irəliləyiş yoxdur. Tərəflər indiyə qədər Türkiyəyə satılacaq qazın qiymətində razılığa gələ bilməyiblər. “Türk axını” layihəsinin 2019-cu ildə Azərbaycan qazını Avropaya çıxaracaq enerji layihələrinə alternativ olduğu qeyd olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=39321