Mənsimov otelini 100 milyon dollara satıb – İDDİA

16.11.2015 - 15:02

mensimov“Palmali” Şirkətlər Qrupunun rəhbəri, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun biznesi ilə bağlı səslənən iddialar səngimək bilmir.

Publika.az xəbər verir ki, növbəti iddia Mənsimova məxsus “Edition Hotel”lə bağlıdır.

İş adamı 2010-cu ildə İstanbulun Levent məhəlləsində yerləşən HSBC bankının binasını 90 milyon dollara alaraq yerində “Edition Hotel”i açmışdı. “Palmali” Şirkətlər Qrupunun rəhbəri daha sonra isə “Cipriani” və “Billionaire” kimi məşhur restoran və klubları bu otelə gətirmişdi.

Ancaq dünyanın ən lüks restoranlar şəbəkələri arasında olan “Cipriani” qiymətlərin bahalı olmasına görə Türkiyədən getmək məcburiyyətində qalıb. “Cipriani”nin Türkiyədən getməsindən sonra Mənsimovun oteli ilə bağlı müxtəlif söz-söhbətlər yayılmağa başladı. İddiaya görə, Mənsimov yaponiyalı Nobu Matsuhisanın 28 ölkədə fəaliyyətdə olan “Nobu” restoranlar şəbəkəsini İstanbuldakı otelinə gətirmək istəyib.

Digər bir iddiaya görə, Mənsimov otelini 100 milyon dollara satıb.

“Para” jurnalı iş adamına məxsus “Bodrum Yalıkavak Marina” oteli ilə bağlı bir iddia irəli sürüb. Mənsimovun buranı satışa çıxardığı daha əvvəl açıqlanmışdı. Jurnalın yazdığına görə, satışa yalnız “Marina”nın olduğu yer çıxarılmayıb, “Marina”nın daxil olduğu ərazinin də bütövlükdə satış paketinin içində olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=39413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728