Ərdoğan-Putin görüşündə maraqlı anlar – Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında ötən gün G20 sammiti çərçivəsində baş tutan görüşdən öncə maraqlı anlar yaşanıb.
Axar.az xəbər verir ki, Ərdoğan salona doğru gedərkən “Merkel ilə görüşünüz necə keçdi”, – deyə Putindən soruşub.
Rusiya lideri isə ingiliscə “good very good” (yaxşı, çox yaxşı) deyərək gülümsəyib.
Ərdoğan həmçinin qonaqlara təqdim olunan şaftalını götürərək ortadan kəsməyə cəhd edib. Lakin bu istəyi baş tutmadıqda “bağışlayın, dişləyərək yeyəcəm”, – deyərək Putinlə görüşəcəyi salona üz tutub.
Short URL: http://www.cumhuriyyet.net/?p=39416