Nazirlikdə Əli Abbasovdan danışdılar – Müşavirə

17.11.2015 - 10:50

rabite nazirliyiRabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbir nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunub.

Toplantıda Respublika Rabitə İşçiləri Veteranlar Şurası və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrləri də iştirak edib.

Nazir müavini İltimas Məmmədov prezident İlham Əliyevin 12 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən azad edilməsini diqqətə çatdırıb.

Daha sonra müvəqqəti nazir vəzifələrini icra edən İ.Məmmədov rabitə sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışıb.

Müzakirələr zamanı Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Rabitə İşçiləri Veteranlar Şurasının sədri İsfəndiyar İbrahimli və Bərdədən ağsaqqal rabitəçi Vahid Şərifov çıxış ediblər.

Müşavirənin sonunda İ.Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=39523

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728