Beytulla Hüseynovun DYP-dəki qohumunun başı dərddə…

17.11.2015 - 13:09
beytullaBalakişi Əhmədovun Ramiz Zeynalovun müavini təyin olunmasında BTRİB direktorunun müstəsna xidmətləri olub
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması ilə ətrafındakı şəbəkə tək-tək de-şifrə olunmaqdadır.
 Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının rəhbəri Balakişi Əhmədovun da eks-nazirlə təmasları olub.
Bu münasibətlərin yaranmasına səbəb B.Əhmədovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin keçmiş sədri, hazırda həbsdə olan Beytulla Hüseynovla qohumluğudur. İddialara görə, B.Hüseynovun qardaşının qızı B.Əhmədovun gəlinidir.
B.Əhmədovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun müavini təyin edilməsində də məhz B.Hüseynovun müstəsna xidmətləri olub.
O, yaxın qohumu Eldar Mahmudovun vasitəsilə B.Əhmədovun hüquq-mühafizə orqanlarında yüksək vəzifəyə təyin olunmasında yardımçı olub. Mənbənin sözlərinə görə, bundan sonra Balakişi Əhmədovun sabiq nazirlə yaxın münasibət yaradıb və hətta onunla işbirliyinə girməkdən belə çəkinmədiyi deyilir.
Bir müddət sonra yaxın qohumu olan Ruslan Əliyevi “Azəriqaz” İB-nın baş direktorunun müavini vəzifəsinə gətirən B.Əhmədov digər qurumlarda öz şəbəkəsini yaratmağa nail olub. İdarədə rəisdən başqa kimisə saya salmayan B.Əhmədov kifayət qədər güclü fiqur olub.
Bakı və Mingəçevir şəhərində böyük biznesə malik olan B.Əhmədov hazırda bütün strukturlara nəzarət edir.
Kifayət qədər maliyyə imkanlarına və dayaqlı fiqurlardan sayılan B.Əhmədov yaxın vaxtlarda daha böyük vəzifəyə iddialı olub.
Amma MTN işi və genralitet həbsləri, ardınca qohumu Beytulla Hüseynovun qandallanması ambisiyalarını yarımçıq qoyub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=39604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728