Ölkədən 17 ton pul çıxıb? – Açıqlama

17.11.2015 - 15:19

aydin beshirovPrezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov guya nəqliyyat naziri Ziya Məmmədova məxsus olan və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları tərəfindən 17 ton dollar yüklənmiş gəminin saxlanılaraq müsadirə olunması barədə bir sıra KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.

Gəmiçiliyin sabiq rəisi A.Bəşirov açıqlamasında deyib ki, o, yayılan bu cür məlumatlardan xəbərsizdir: “Mən bir aydan çox idi ki, ölkədə yox idim, yeni gəlmişəm”.

A.Bəşirov yayılan bu cür məlumatların inandırıcı olmadığını söyləyib: “Gəmiçiliyə rəhbərlik etdiyim dövrdə belə hadisələrə rast gəlməmişəm. Belə hallarla bağlı hər hansı məlumat eşitməmişəm. Gəmi ilə pul çıxararlar? Bu, inandırıcı deyil”.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi və hazırda istintaqı davam edən “MTN işi” ilə bağlı məsələyə də toxunan A.Bəşirov bunları deyib: “Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib. Prezidentə qarşı bu cür hərəkətlər etmək insanlığa sığmır. Buna görə Allah onların hər birinin gec-tez cəzasını verəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=39655

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728