“Eldar Mahmudova milli qəhrəman adı verilməsi yaxşı olardı…”

18.11.2015 - 10:35

vaqifSabiq daxiil işlər nazirinin üç il öncəki müsahibəsi gündəmə yenidən qayıdıb; Vaqif Novruzov: “O, aristokrat ailədən idi”

Azərbaycanın keçmiş daxili işlər naziri Vaqif Novruzovun “Yeni Müsavat”a 2012-ci ilin 14 martında verdiyi geniş müsahibə bugünlərdə yenidən gündəm olub. Müsahibə sosial şəbəkələrdə geniş şəkildə paylaşılır.

Müsahibənin üç ildən sonra aktuallaşmasına səbəb istiqlalçı deputatın hazırda “MTN işi” ətrafında gedən proseslərdə adları daha çox hallanan sabiq nazir Eldar Mahmudov, nazir müavini Hilal Əsədov barəsində müsahibədə sensasion fikirlər səsləndirməsidir. V.Novruzov Nərimanov Rayon Polis İdarəsində E.Mahmudova birlikdə işlədiyini, onun rəisi olduğunu, sonralar onu Baş İdarəyə rəis təyin etdiyini bildirmişdi. Eyni zamanda milli təhlükəsizlik nazirinin sabiq müavini işləyən Hilal Əsədovu da Nərimanov Rayon Polis İdarəsinə rəis təyin etdiyini söyləmişdi.

Sabiq daxili işlər nazirinin geniş müsahibəsindən oxucularımız üçün maraqlı olan hissəni təqdim edirik: “Eldar Mahmudov baş leytenant olaraq Nərimanov Rayon Polis İdarəsində işləyirdi. Mən də rəis idim. Eldar Mahmudov düz 10 il həmin rayonda işlədi. Ona dəstək verməyim isə özünün haqq etdiyi dəstək idi. Çünki o, gənc kadr kimi çox bacarıqlı, peşəkar, işinin öhdəsindən çox yüksək səviyyədə gələn polis zabiti idi. Eldar Mahmudov aristokrat ailədən idi. Atası çox səviyyəli alim idi. Eldarın işə münasibəti, bacarığı yüksək olduğundan, onun irəli çəkilməsini labüd edirdi. Əməliyyat işini idarə eləmək hər polis işçisinin yaxşı bacardığı məsələ deyil. Eldar bu işi çox yüksək səviyyədə bacarırdı. Bütün bunlara görə mənim bir rəis olaraq belə bir kadra dəstək verməyim təbii idi. Mən nazir olanda Eldar Mahmudovu kollegiyaya üzv seçdim. Baş İdarəyə rəis təyin elədim. Bu adam bacarığı ilə bunlara nail olurdu. İndiki milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov da mənim rəis olduğum 6-cı İdarənin işçisi idi. Mən nazir olanda Hilalı Nərimanov Rayon Polis İdarəsinə rəis təyin elədim. Çünki onun da bacarığı yüksək səviyyədə idi. İnanın ki, nazir olduğu üçün demirəm, əvvəldən onun işinə, xidmətinə birbaşa bələd olan şəxs kimi deyirəm ki, Eldar Mahmudova milli qəhrəman adı verilməsi yaxşı olardı. Ona bu ad çoxdan yaraşır”.

Göründüyü kimi, sabiq daxili işlər naziri hazırda ölkə ictimaiyyətinin bir nömrəli gündəmində olan, həbs ediləcəyi ehtimal olunan Mahmudovun milli qəhrəman adını alması üçün diqqətçəkən mesajlar verib. Maraqlıdır, indi də V.Novruzov bu fikirdədir?

Short URL: http://www.cumhuriyyet.net/?p=39770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728