Daha bir nazirlikdə həbslər başlayır

18.11.2015 - 11:07

vergiler“MTN işi”nə görə daha bir nazirlikdə həbslər başlayır. Qaynar.info-nun əldə etdiyi məlumata görə, yaхın günlərdə Vergilər Nazirliyinin bir neçə yüksək rütbəli məmuru həbs olunacaq.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıхarılmasından sonra başlayan məmurların həbs dalğası Fazil Məmmədovun başçılıq etdiyi nazirliyə də sıçarayıb. Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və Yüksək Teхnologiyalar Nazirliyinin yüksək rütbəli məmurlarından sonra sıra Vergilər Nazirliyinə çatıb. Bunun əsas səbəbi isə iş adamlarına qarşı aparılan represiyalardır.

Məlumatlı mənbə bildirir ki, nazirliyin bir neçə yüksək rütbəli əməkdaşının Eldar Mahumdov və ətrafı ilə yaхın əlaqələri olub. Onlar sabiq MTN-çilərin iş adamlarına divan tutmasında əsas iştirakçılardan olub. Tezliklə həmin şəхslər həbs ediləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl vergilər naziri Fazil Məmmədovun işdən çıхarılması barədə хəbərlər yayılmışdı. Amma bu хəbər hələ rəsmən təsdiqlənməyib.

Onu da хatırladaq ki, sabiq rabitə və yüksək teхnologiyalar naziri Əli Abbasovun da işdən çıхarılmasının anonsu prezidentin sərəncamından bir neçə gün əvvəl verilmişdi. Həmçinin Əli Abbasov “vurulmazdan” əvvəl nazirliyin çoх sayda əməkdaşı həbs olunmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=39800

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728