“Aztelekom”un rəhbəri YAP-dakı vəzifəsindən çıxdı – Öz ərizəsi ilə

18.11.2015 - 11:40

mehemmed“Aztelekom”un iki gün əvvəl həbs edilən baş direktoru Məhəmməd Məmmədov YAP-dakı vəzifəsindən çıxarılıb.

Cümhuriyyət.az partiyanın saytına istinadən bildirir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət – Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. Hazırda o, Mərkəzi Nəzarət – Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.

“Qafqazinfo” xatırladır ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində nazirliyin «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs-qətlimkan tədbiri seçilib.

Onun partiyadan xaric olunacağı da istisna deyil.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=39817

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930