Gülər Əhmədova danışdı – Susmayacam

18.11.2015 - 14:20

guler eSabiq deputat Gülər Əhmədovanın Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəzifəsindən azad olunduğu haqda xəbər yayılıb.

Bu barədə Gülər Əhmədova Modern.az saytına

danışıb.

“Çox təəssüflə qeyd etmək istəyirəm ki, bilmirəm hansı şəxsin, yaxud hansı qüvvənin təsiri altında başıma gələn məlum xoşagəlməz hadisədən sonra uzun müddətdir ki, haqqımda yalan informasiyalar yayırlar. Nə yazıq ki, bəzi mətbu orqanlar hələ bu gün də köhnə əməllərini yerə qoymayıblar. Vaxtilə ağalarının onlara verdiyi sifarişi yenə yerinə yetirirlər. Mənim haqqımda köhnə informasiyaları yeni informasiya kimi təqdim eləməyə çalışırlar. Unutmasınlar ki, onların ağaları ağalıq statusunu çoxdan itirib. Böyük əminlikə inandırıram ki, mənə qarşı etdikləri növbəti təxribatlara görə artıq heç kim onlara “çox sağ ol” deməyəcək. Hətta, maliyyə paylarını da artırmayacaq. Ona görə bu əməllərini yerə qoysunlar. Tövbə etsinlər! Ayıbdı!

Mən Bakı Dövlət Universitetinə getmişəm ki, məni işdən çıxartsınlar da?! Bu sentyabrdan işə çıxmamışam. Mən ərizəmi o vaxt yazmışam. Şər-böhtan maşınını qurtarın! Ölkədə gedən proseslərə baxın! Ağıllı olun!”.

Gülər Əhmədova bundan sonra haqqında yayılan informasiyaları cavabsız qoymayacağını da deyib.

“Düzü, istəməzdim ki, mənə qarşı fitnə-fəsadın içində olam. Mənə qarşı olan hansısa jurnalistlərin adını çəkmək istəmirdim. Bu cür davam edəcəklərsə, mən susmayacam”.

Short URL: http://www.cumhuriyyet.net/?p=39904

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728