Keçmiş namizəd Ali Məhkəməyə üz tutur…

18.11.2015 - 17:18

hafiz2Bakı Apellyasiya Məhkəməsi 42 saylı Sumqayıt ikinci dairə üzrə deputatlığa namizəd Hafiz Babalının parlament seçkilərində kütləvi pozuntularla bağlı şikayətini təmin etməyib. Məhkəmə H.Babalının şikayətini təmin etməyən MSK-nın qərarını qüvvədə saxlayıb.

H.Babalı onun şikayətinin və təqdim etdiyi sübutların obyektiv araşdırılmadığını bildirib. O, Ali Məhkəməyə kassasiya verəcək.

H.Babalı 38 məntəqənin 15-də pozuntularla bağlı 37 akt təqdim edib.

Aktlarda aşağıdakı pozuntular qeyd edilib:
– seçicilərin barmaqlarını ultrabənövşəyi lampa ilə yoxlamadan məntəqələrə buraxılması;
– seçici siyahısında olmayan seçicilərə bülletenlərin verilməsi; bülletenlərin topa şəklində qutulara atılması;
– müşahidəçilərin bülletenlərn verildiyi və qutuların qoyulduğu yerdən uzaqlaşdırılması;
– «karusel» (eyni şəxslərin müxtəlif məntəqələrdə səs verməsi);
– səslərin hesablanması prosedurunun pozulması;
səsvermənin yekunlarına dair protokollarda təhriflərə yol verilməsi və s.

H.Babalı şikayətlərlə yanaşı üç video sübut da təqdim edib.

Azadlıq.org

Short URL: http://www.cumhuriyyet.net/?p=39938

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728