MSK üzvü seçkinin nəticələrini tanımadı: “Rəqəmlər ciddi şübhə doğurur” – AUDİO

19.11.2015 - 00:01

rrMSK üzvü Akif Qurbanov seçkinin nəticələri ilə bağlı yekun protokolu imzalamayıb. O bu barədə özünün Facebook səhifəsində yazıb. Noyabrın 18-də Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı yekun iclas keçirib.

İclasda seçkilərin nəticələri ilə bağlı yekun protokol imzalanıb. Akif Qurbanov yekun protokolu imzalamaması ilə bağlı yazir: “Parlament seçkiləri bu gün yekunlaşdı. Nəticələrə uyğun MSK-nın protokolunu imzalamaqdan imina edərək tərtib etdiyim Xüsusi Rəyi MSK sədrinə təqdim etdim”. O, “Turan İA”-ın müxbiri ilə söhbətində bildirib ki, seçkilər seçki kampaniyasının bütün mərhələlərində demokratik mühitin olmaması, habelə səsvermə günü kütləvi pozuntularla müşaiyət olunub, bu səbəbdən onlar azad və ədalətli hesab oluna bilməz. İndi Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin nəticələrini yoxlamalı və elan etməlidir. Arqument.Az xəbər verir ki, MSK üzvü Akif Qurbanov seçkilərin nəticələri ilə bağlı yekun çıxış edib.Həmin çıxışın səs yazısını təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=39982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930