Cahangir Hacıyev Hacı Məmmədovla necə görüşüb?

20.11.2015 - 11:17

cahangirBeynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla quda olduqdan sonra Hacı Məmmədovla şəxsən görüşüb. Bu haqda azadliq.info məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş Eldar Mahmudovun dəstəyilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında baş tutub. İddialara görə, Cahangir Hacıyev görüşdə Hacı Məmmədovdan xanımının qaçırılması ilə bağlı olayın təfsilatını soruşub.

Hacı Məmmədovun dedikləri Cahangir Hacıyevlə Eldar Mahmudovun əlində rəqiblərinə qarşı rıçaq olub. Ümumiyyətlə, Eldar Mahmudov bir çox məmuru məhz Hacı Məmmədovun verdiyi bilgilər əsasında “verbovat” edib.

Sayt yazır ki, redaksiyaya daxil olan başqa məlumatda bildirilir ki, Eldar Mahmudovun yaratdığı dəstə xarici media ilə də fəal işləyib. Məlumata görə, dəstə hansısa məmuru sıradan çıxarmaq istədikdə xarici mətbuatda onun haqqında kompromat tipli materiallar dərc etdirirmiş.

Short URL: http://www.cumhuriyyet.net/?p=40268

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728