İlham Əliyev yenə Fransaya gedir

20.11.2015 - 13:41

ilham5Azərbaycan prezident İlham Əliyev noyabr ayının 29-30-da yenidən Fransaya gedəcək.

ANS PRESS-in məlumatına görə, səfərin məqsədi Birləşmiş Millətlər Təşkilatının 2-ci konfransında iştirak etməkdir.

Prezidentin səfəri haqqında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez danışıb. O həmçinin qeyd edib ki, bu, noyabr ayı ərzində İlham Əliyevin Fransaya ikinci səfəri olacaq.

Xatırladaq ki, İlham Əliyev bir neçə gün bundan əvvəl – noyabrın 17-də UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edib.

Prezident UNESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva ilə birlikdə iştirak etdiyi forumda çıxış edərək İslam dinini müdafiə edib.

O, Fransada baş verən terror hadisələri ilə əlaqədar Fransa xalqına başsağlığı verəndən sonra Azərbaycanın da keçmişdə çoxsaylı terror hadisələrinə məruz qaldığını vurğulayıb.

“Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu, multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir. Bu, onu göstərir ki, terrorun, dini milliyyəti yoxdur. Buna görə də İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir”, – deyən ilham Əliyev dinin – İslamın terrora heç bir aidiyyatı olmadığını bildrib.

Short URL: http://www.cumhuriyyet.net/?p=40331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728