Akif Çovdarovun ailəsi yas içərisində, hədəfdə kürəkəndir

20.11.2015 - 14:12

akifMTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən sonra ailəsi yas içərisindədir. Ailəyə yaxın mənbənin verdiyi məlumata görə, A.Çovdarovun kürəkəni, MTN şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircanov vəzifəsindən uzaqlaşdırılandan sonra vəziyyət daha da gərginləşib.

Ailə üzvləri Badamdarkdı villalarından çıxıb, hazırda A.Çovdarovun Gürcüstandakı və Bakıdakı biznesini idarə edən qardaşı Asifin evinə sığınıblar. Ailədə R.Əmircanovun da həbsindən narahatdır. Rəşad Əmircanova məxsus Badamdardakı villa möhürlənib.

Onu da əlavə edək ki, Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonrdan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəsisi təyin edildikdən sonra, qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib. Hüquq mühafuzə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğu təxmin edir.

Rəşad Əmircanov, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş, ”Əməkdar iqtisadçı” Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumudur. (Criminal.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=40353

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728