Ağ Evin İranla razılaşması Azərbaycanın ziyanına olacaq – Ekpert

20.11.2015 - 14:20

arazABŞ prezidenti Barak Obama İrandan neft idxalına dair qadağanın ləğvi barədə memorandum imzalayıb. Rəsmi Vaşinqtonun bu qərarından sonra İran dünya bazarına sutkada əlavə olaraq 0,7-1 milyon barel neft çıxara biləcək.

İqtisadçı-ekspert Azər Mehdiyev AzNews.az-a açıqlamasında bildirib ki, bu qərar uzun müddət sanksiyalara məruz qalan İran üçün böyük əhəmiyyətə malikdir: “İndi İrana qarşı sanksiyaların aradan qaldırılması, xüsusi ilə ABŞ bu qətnaməni qəbul etməsi o deməkdir ki, İran nefti də sərbəst şəkildə bazarlara çıxacaq. Bu qətnamədən məlum olur ki, İran nefti gələn ilin əvvəlindən böyük imkanlarla bazarlarda olacaq”.

Ekspert bildirib ki, Azərbaycan neft ixrac edən bir ölkə olaraq, ölkə gəlirləri əsasında neftdən fomalaşdığını nəzərə alsaq, bu qərar ölkənin neft gəlirlərinin azalmasına gətirib çıxarda bilər: “Nəzərə alaq ki, bununla bərabər dolların kursunu qalxmaqda davam edir. Eyni zamanda dekabrın 16-da Amerika Birləşmiş Ştatlarında Federal Ehtiyat Fondu tərəfindən uçot dərəcələrinin artırılması gözlənilir. Yəni bu vəziyyətdə neftin qiymətinin indiki vəziyyətdən də aşağı düşməsi gözlənilən bir haldır”.

A.Mehdiyev qeyd edib ki, bu gün neftin qiyməti 45 dollardırsa, ABŞ-ın bu qərarı yaxın zamanda neftin qiymətini 40 dollardan da aşağı olmasına gətirib çıxaracaq: “Təbii ki, ölkəyə neft gəlirlərinin azalması həm neft fonduna daxil olmalar büdcə gəlirlərinin azalmasına gətirib çıxardacaq. Bu da ölkədə iqtisadi vəziyyətin bir az da gərginləşdirəcəyinə gətirəcək. Çünki Azərbaycan iqtisadiyyatında son illər neft gəlirləri hesabına canlanma yaranmışdı. Neft gəlirləri azaldıqca iqtisadi fəallıq azalacaq, bir sıra müəssislər bağlanacaq və iş yerlərinin azalmasına gətirib çıxardacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=40358

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930