Yeddi rayon erməniləri qorxuya salıb: “Rayonlar qaytarılsa Dağlıq Qarabağ mövcud olmayacaq”

23.11.2015 - 13:34

qarabaqATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin işğal olunmuş yeddi rayonun Azərbaycana qaytarılmasının vacibliyi barədə verdiyi bəyanat Dağlıq Qarabağ separatçılarının ciddi narahatlığına səbəb olub.

Strateq.az bildirir ki, qondarma rejimin sözçüsü David Babayan bəyan edib ki, 1988-91-ci il sərhəddinə qayıtmaq Dağlıq Qarabağ üçün iflas deməkdir. O, 7 rayonun Azərbaycana qaytarılacağı təqdirdə separatçı rejimin mövcudluğunun mümkün olmayacağını etiraf edib:

“SSRİ zamanındakı sərhədlər daxilində Dağlıq Qarabağ müstəqil dövlət kimi mövcud ola bilməz. Bu rezervasiya yaxud konslager olacaq. Əgər əvvəlki sərhəd bərpa olunsa Azərbaycan müəyyən zamandan sonra Dağlıq Qarabağı tam şəkildə özünə birləşdirəcək”.

Xatırladaq ki, Ceyms Uorlik öz müsahibəsində bildirib ki, işğal altında olan 7 rayonun qaytarılması münaqişənin həllinin bir hissəsidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=40595

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728