Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

23.11.2015 - 13:37

cahangir eldarSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin Azərbaycan iqtisadiyyatına vurduğu zərbənin ölçüyəgəlməz dərəcədə böyük olmasını təsdiqləyən daha bir fakt üzə çıxıb.

“Bank Technique” bu duetin adamlarının nəzarəti altında olanda bank 263 milyon dollar zərərə düşüb.

Bu barədə virtualaz.org saytına “Bank Technique” rəhbərliyindəki mötəbər mənbələrdən məlumat verilib.

Qeyd edək ki, bu bank əvvəllər Etibar Əliyevə məxsus olub. Lakin MTN-in o zamankı rəhbərliyi bankı ələ keçirmək üçün 2012-ci ildə xüsusi əməliyyat keçirib, bank rəhbərliyini saxta ittihamlarla həbs edib. Daha sonra sabiq nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevin adamlarının idarəçiliyinə verib.

Etibar Əliyev yalnız Mahmudov-Çovdarov kriminal qruplaşmasının ifşa edilməsindən sonra “Bank Technique” Müşahidə Şurasının sədri vəzifəsinə bərpa olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=40598

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728