Pənah Hüseynin qardaşını və əmisioğlanlarını həbs etmək istəyirlər

23.11.2015 - 15:18

penahAzərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin Sabirabad rayonunda 7 yaxın qohumunun həbs edilməsi gözlənilir.

Bu barədə musavat.com-a məlumat daxil olub.

Xəbəri dəqiqləşdirmək üçün Pənah Hüseynin özü ilə əlaqə saxladıq. Hazırda Sabirabadda olduğunu deyən Pənah Hüseyn xəbərin doğru olduğunu bildirdi.

Onun sözlərinə görə, parlament seçkilərindən bir müddət öncə qohumları – qardaşı Adil Hüseynov, qardaşı oğlu Vasif Hüseynov, əmisi oğlanları Mənsur, Qaşqay, İxtiyar, Xalid və Sərxoş Hüseynovların barəsində xuliqanlıq maddəsi ilə açılmış cinayət işi ilə bağlı gözlənilməz gəlişmə baş verib: “Onların cəlb olunduğu 221.2 və 222.3 xuliqanlıq maddələri ilə cəlb olunduğu məhkəmə gedişatında şahidləri dinləmədən, heç bir vəsatəti təmin etmədən, hətta ittiham tərəfinin sübutları olmadan məhkəmə prosesi təyin edilib. Noyabrın 30-na məhkəmə prosesi təyin edilib və ittihamçının cəza istəyəcəyi çıxışı gözlənilir. Birdən-birə belə bir dramatik vəziyyətin seçkidən xeyli sonra yaradılması bizim üçün də gözlənilməzdir. Rayona yeni gəlmişəm, araşdırma aparıram. Vəziyyəti ətraflı öyrənib, geniş məlumat verəcəyəm”.

P.Hüseynin məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=40649

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31