Əsədullayevin dairəsində təkrar seçki keçiriləcəkmi?

23.11.2015 - 15:36

esedullayevMərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri ləğv olunan 90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin keçirilməsi məsələsinə Konstitusiya Məhkəməsinin noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına dair qərarından sonra baxacaq.

Bu barədə Trend-ə MSK-dan verilən məlumatda bildirilir.

Qeyd olunub ki, Konstitusiya Məhkəməsinin qərarı olmadan təkrar seçkilərin keçirilməsi barədə danışmaq tezdir.

Qeyd edək ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib.

Noyabrın 24-də Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilən seçkilərlə əlaqədar MSK-nın təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirəcək.

Qeyd edək ki, sözügedən dairədən “Azəriqazbank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat mandatı qazanmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=40655

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31