Deputat qudasını həbsdən necə qurtardı? – Oğlun 70 yaşlı anası üzərində qurduğu oyun

25.11.2015 - 11:45
eldar quliyevMillət vəkili Eldar Quliyevin biznesmen kürəkəni Abbas Səfərov ilə Zəngilandan köçkün düşən ailə arasındakı çəkişməli məhkəmə prosesi təxirə salınıb. 
Aznews.az xəbər verir ki, proses noyabrın 24-də Nəsimi rayon məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilməli idi. Amma Zəngilandan köçkün düşən ailəni məşkunlaşdığı evdən didərgin salan “Kapitol” tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevanın (əslində şirkətin sahibi Abbas Səfərovdur, lakin bu və ya digər məhkəmə proseslərində ona irəli sürülən ittihamlardan qaçmaq üçün şirkəti 70 yaşlı anasının adına keçirib) xəstəxanaya yerləşdirilməsi səbəbindən proses təxirə salınıb.
Məhkəmədən AzNews.az-a daxil olan məlumata əsasən, təqsirləndirilən şəxsin nümayəndəsi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməyib.
Abbas Səfərovun anası Məhluqə Qibləliyevanın tələm-tələsik xəstəxanaya yerləşdirilməsi onun tutulmaması üçün atılan addımdır.
Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə dövlət ittihamçısı “Kapitol” tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevaya 3 il 6 ay iş istəyib.
Köçkün ailə bununla bağlı olaraq Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayıb. Ailə hakim İsayevin ədalətli hökm çıxarması üçün F.Məmmədovun işə şəxsən nəzarət etməsini xahiş edib.
Qeyd edək ki, “Kapitol” şirkəti ilə köçkün ailə arasındakı dava 10 il əvvəldən başlayıb. Belə ki, Bakının mərkəzində göydələnlər ucaldan “Kapitol” tikinti şirkəti müxtəlif qanunsuzluqlar edərək Zəngilandan məcburi köçkün olan ailəni 10 ildən artıqdır ki, küçələrə salıb. “Kapitol” şirkətinin rəhbəri Abbas Səfərov ailənin məskunlaşdığı yurd- yuvanı yerlə yeksan edib. Şirkət dəfələrlə məhkəmələrin ailənin xeyrinə çıxardığı qərarları yerinə yetirməyib.
Onu da bildirək ki, A.Səfərov millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qızının həyat yoldaşıdır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=41004

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31