Rusiya təyyarəsinin vurulmasına YAP-dan reaksiya: “Günahkar və ya haqlı axtarmaq düzgün deyil”

25.11.2015 - 13:12

aydin3“Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra olan gərginlik Azərbaycana ciddi təsir etməyəcək. Çünki Azərbaycan həmin problemin iştirakçısı deyil”.

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. O, bildirib ki, Azərbaycan hər iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına çalışır: “Hər iki ölkə ilə Azərbaycanın sıx dostluq münasibətləri var. Dostlarımızın bir-biri ilə kəskin düşmən vəziyyətinə gəlməsi heç də xoşa gələn məsələ deyil. Azərbaycan öz tərəfindən bu iki ölkə arasındakı gərginliyi səngitmək üçün maksimum tədbirlər görəcək. Türkiyə və Rusiya regionun lider dövlətləridir. Onlar dünyada gedən proseslərə ciddi təsir etmək imkanına malik ölkələrdir. Son vaxta qədər onlar arasında çox sıx dostluq əlaqələri var idi. Təyyarənin vurulması məsələsi onlar arasındakı məsələni kəskinləşdirdi. Ümumilikdə, bu hadisə lider anlamlı bir problem ortaya çıxarda bilər. Həmçinin regionda gərginliyin və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan hər iki ölkə arasındakı gərginliyin minimuma endirilməsi lazımdır. Azərbaycan da bu istiqamətdə mümkündür ki, öz addımlarını atsın”.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan iki dost ölkəni diplomatik vasitəçilik və tərəflər arasındakı gərginliyə səbəb ola biləcək addımlardan çəkindirəcək: “Hər iki tərəf bizim üçün dostdur. Bu baxımdan Azərbaycan hər iki ölkə ilə münasibətlərinin yenidən yaxşı olmasına çalışır. Hesab edirəm ki, bu tip məsələlərdə günahkar və ya haqlı axtarmaq düzgün deyil. Hər iki dövlət dünyada təhlükəsizliyin qorunmasında məsuliyyətlidir. Bu səbəbdən hər iki tərəf vəziyyəti bu həddə çatdırmamalı idi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=41057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31