MTN-nin şöbə rəisi məni ailəmlə hədələyirdi

25.11.2015 - 13:51

mtn2Akif Çovdarovun ”Kapital Bank”ın filial direktorunu necə şantaj etdi?

Bankır Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi şantajla məşqul olmaqda ittiham edir. Qobustan rayonu, Yeni Massivdə yaşayan, ”Kapital Bank” ASC-nin Qobustan filialının direktoru Sadədəin Qaragedəyev Criminal.az-a MTN-in şöbə rəisi haqda maraqlı faktlar açıqlayıb. Onun məktubunu olduğu kimi təqdim edirik:

”Qobustan rayonunun Ərəbqədim kəndində doğulmuşam. Hazırda “Kapital Bank” ASC-nin Qobustan Filialının direktoru vəzifəsində işləyirəm. Fəaliyyətim dövründə qanunlara riayət etməklə, sadə və şərəfli ömür yaşamışam. Təxminən 3 ay əvvəl müalicə almaq üçün İrana getdim. Bu zaman istifadəmdə olan xidməti avtomobilimi yaşadığım Qobustan şəhərindəki evimin həyətində saxlamışdım. Evdə olmadığımdan istifadə edən oğlum Namiq məndən icazəsiz həmin avtomobili sürərək mağazaya getmiş, çörək almaq istəmiş, bu zaman yüngül yol nəqliyyat hadisəsi törədib. Bu xəbəri eşidən Milli Təhlükəsizlik Nazirliyinin Qobustan rayon şöbəsinin rəisi mayor Əfqan Məmmədov əvvəlcə oğlum Namiqi, sonra isə məni iş yerinə çağıraraq izahatlarımızı aldı.

Sonra oğlumu və məni hədələyərək bu faktın Kapital Bankın rəhbərliyindən gizlədilməsi üçün rüşvət tələb etdi. O, dönə-dönə bildirirdi ki, əgər ona istədiyi 10 min dollar rüşvəti verməsəm məni və oğlumu həbs etdirəcək, məni işdən qovduracaq. Mən, Əfqan Məmmədova pulumun olmadığını desəm də, o, nazir Eldar Mahmudovun və idarə rəisi Akif Çovdarovun yaxın adamı olmağını deyərək məni qorxudurdu. Hər gün mobil, ev və iş telefonlarıma zəng edərək məni hədələdi. Hətta getdikcə təhqirlərə keçirdi. Şəxsiyyətimi alçaldan sözlərlə ailəmi və məni qorxu içində saxlayırdı. Oğlumu həbsxanaya saldırmaq istəyirdi. Mənimlə söhbət edərkən hətta qardaşımın da ailəsi ilə maraqlanırdı, onun arvadının əxlaqsız olduğunu deyirdi.

Nəhayət mən ailəmə görə iri məbləğdə borca girərək 9 min dollar götürüb MTN-in Qobustan Şöbəsinin rəisi Əfqan Məmmədovun iş otağına getdim və şəxsən rüşvəti ona verdim. Əfqan Məmmədov 1000 dolların çatmadığını bildirsə də mən bundan başqa məbləğ tapa bilmədiyimi söylədim və sonunda o razılaşıb 9 min dolları məndən aldı”.

S.Qaragedəyev qeyd edib ki, başına gətirilən işilə bağlı artıq müvafiq qurumlara şikayət edib: ”Bildirmək istəyirəm ki Əfqan Məmmədov çox insafsız və qəddar adamdır. Onun üçün müqəddəs heç nə yoxdur. Rayona gəldiyi gündən insanları şərləyib rüşvət yığır, təhqir edir, qorxudur. Cəmiyyət içində özünü apara bilmir. Milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyevə bu barədə ərizə ilə müraciət etmişəm. Lakin bu günədək bir cavab verilmədi və Əfqan Məmmədov məndən rüşvət kimi götürdüyü 9 min dolları qaytarmadı. Buna görə yaxın günlərdə cənab Prezidentimizin qəbuluna getməyi planlaşdırıram. Həm də məlumunuz olsun ki, Əfqan Məmmədov Qobustan şəhərində yanacaq doldurma məntəqəsi işlədir, rayonda iri təsərrüfatlar yaradıb bizneslə məşğul olur. Onun 100 hektarlıq əkin sahəsi, şəxsi traktoru və başqa texnikaları var. Məncə hüquq mühafizə orqanı əməkdaşı belə işlər görə bilməz. O, MTN-in Qobustan şöbəsinin arxasında 24 sotluq ərazidə özünə şəxsi ev tikdirir. Bundan əlavə rayondakı bəzi qadınlara qarşı əxlaqsız hərəkətlər edir, onları şantaj edib cinsi əlaqəyə girir. Mən cənab Prezidentimizdən xahiş edirəm ki Əfqan Məmmədov layiqli cəzasını alsın, bu rayondan çıxıb getsin. Biz prezidentimizə güvənirik!”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ə.Məmədovla bağlı daha bir şikayət məktubu almışdıq. Müflis olmuş iş adamı Ə.Məmmədovun Qusar rayonunda işlədiyi vaxt onun başına gətirdiyi haqsızlıqlardan şikayət etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=41066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31