Davudoğlunun hökumət proqramında Qarabağ məsələsi də var

26.11.2015 - 10:57

davudoqlu4“Yeni hökumətimiz Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğalının dayandırılması və Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması üçün səy göstərməyə davam edəcək”.

APA-nın məlumatına görə, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlunun hazırladığı 64-cü hökumət proqramında deyilir.

Bildirilir ki, növbəti dövrdə Ermənistanla münasibətlərin normallaşması ilə bağlı addımlar da atılacaq: “Sülh, təhlükəsizlik və rifahın Qafqazda yalnız bu yolla bərpa olacağını düşünürük. Qafqazda formalaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçlü mexanizmləri də bəhrəsini verməyə başlayıb. Qafqaz və Orta Asiya ölkələri ilə ticarət həcmi yüksəlib. Bu ərazilərlə əlaqələrimizin daha da genişləndirilməsi və Türk Şurasının daha da güclənməsi əsas hədəflərimizdən biridir”.

Proqramda o da qeyd olunur ki, Azərbaycan ilə Türkiyə arasında hökumətlərarası anlaşmayla imzalanan TANAP layihəsi bu dövrdə həyata keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=41235

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31