“Şərq tərəfdaşlığı” proqramı – Elmar Məmmədyarov qeyri-rəsmi toplantıda!
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstana yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, E.Məmmədyarov Tiflisdə “Şərq Tərəfdaşlığı” ölkələrini xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
H.Hacıyev XİN rəhbərinin görüşdə çıxış edəcəyini bildirib.
Görüşdə “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsinin gedişatı, eləcə də əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunacaq.
Bu görüşdə, həmçinin genişləndirmə üzrə Avropa komissarı Yohannes Han və Avropa İttifaqı baş katibinin müavini Helqi Şmidtin iştirak edəcəyi gözlənilir(Axar.az).
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” Avropa İttifaqı ilə 6 dövlət – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus arasında siyasi və iqtisadi inteqrasiyaya yönəlmiş proqramdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=41296