Hansı ölkə zərərli çıxacaq? – Rusiya-Türkiyə gərkinliyində iqtisadi amillər

26.11.2015 - 12:54

vuqar“Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyəti dünəndən etibarən Turkiyəyə səyahət paketlərinin satışını dayandırıblar. Şimal qonşumuz Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdən hesab edilir. Belə ki, ötən il 4 milyon 480 min Rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına töhvəsi 4 milyard dollardan çox olub. Müqayisə üçün qeyd edim ki, ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34.3 milyard dollar olub. Deməli, Rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırırlar ki, bu da heç də kiçik rəqəm deyil”.

Bu sözləri tanınnmış iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyəti dünəndən etibarən Turkiyəyə səyahət paketlərinin satışını dayandırıblar. Bu və digər proseslər isə hər iki ölkəyə təsir edəcək:

“Şimal qonşumuz Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdən hesab edilir. Belə ki, ötən il 4 milyon 480 min rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına töhvəsi 4 milyard dollardan çox olub. Müqayisə üçün qeyd edim ki, ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34.3 milyard dollar olub. Deməli, rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırırlar ki, bu da heç də kiçik rəqəm deyil.

Əslində, son illər Türkiyə-Rusiya iqtisadi əlaqələrinin inkişaf etməsi müşahidə edilirdi. Belə ki, ötən il Türkiyənin Rusiyaya ixracı 5.9 milyard dollar olub. Bir fakta diqqət yetirmək lazımdır ki, Türkiyənin ixrac etdiyi qida məhsulların 20, tekstil məlumatlarının isə 15 faizi məhz Rusiyaya göndərilir. Bu isə qardaş ölkədə strateji sektorlar hesab edilən tekstil və qida sənayesi ixracının ciddi səviyyədə Rusiyadan asılı olması anlamına gəlir.

Ötən il Rusiyadan Türkiyəyə ixrac 25 milayrd dollar olub. Şimal qonşumuzun ixracının məbləğinin çox olması Türkiyənin eneji resurslarına tələbin ödənilməsində Rusiyanın dominat mövqeyi ilə bağlıdır. Belə ki, Rusiyadan ildə 28 milyard kub metr mavi qaz idxalı bu enerji növünə olan tələbin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Türkiyə istehlak etdiyi neftin də 30 faizini Rusiyadan alır”.

İqtisadçı bildirib ki, Avropa İttifaqının “Cənub axını”na “yox” deməsindən sonra Moskva hələ də “Turk axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır:

“İki ölkə arasındakı ticari rəqəmlər son gərginliyin dərinləşməsinin Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcəyini söyləməyə əsas versə də, Rusiya tərəfi də bu prosesdən itkisiz çıxmayacaq. Belə ki, Türkiyə Misir ilə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4.1 milyon ton taxıl satırlar. Eyni zamanda, Türkiyə Rusiya istehsalı polad məhsullarının əsas alıcılarındandır. Başqa tərəfdən isə iki ölkə arasındakı investisiya layihələrinə kifayət qədər aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər. Türkiyənin Rusiyanın dövlət şirkəti olan “Rosatom” ilə 2013-cü ildə 1.200 meqavatt reaktorun quraşdırılması haqda bağladığı müqaviləinin dəyəri 20 milyard dollardır. Söhbət birbaşa Rusiya şirkətinin faydalandığı layihədən gedir. Avropa İttifaqının “Cənub axını”na “yox” deməsindən sonra Moskva hələ də “Turk axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır”.

V.Bayramovun sözlərinə görə, Rusiya-Türkiyə münasibətləri gəginləşəcəyi halda Azərbaycan şirkətləri həm Türkiyənin qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərini cəlb etməyə çalışmalıdırlar:

“Düzdür, Rusiyaya təqbiq edilən sanksiyalar fonunda şimal qonşumuzda alıcılıq qabiliyyətinin aşağı düşməsi bu il sözügedən ölkələrin iqtisadi münasibətlərinə təsirsiz ötüşməyib. Bu ilin 9 ayında Türkiyənin Rusiyaya ixracatı 40 faiz azalaraq 2.7 milyard dollara düşüb.

Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərinin gərginləşməsində maraqlı olmayan ölkədir. Mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında əlaqələrin yaxşı olmasını ən çox istəyənlərdəndir. Sözügedən qonşularımız arasında yaxşı münasibətlərin olması bizim strateji maraqlarımıza uyğundur. Bununla belə, adı çəkilən ölkələr arasında münasibətlər gəginləşəcəyi halda Azərbaycan şirkətləri həm Türkiyənin qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərini cəlb etməyə çalışmalıdırlar. Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=41309

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31