“Təəssüf ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib” – Prezidenti Administrasiyasından reaksiya

26.11.2015 - 15:18

administirasiya“Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib”.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi “twitter” səhifəsində yazıb.

N.Məmmədov deyib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir: “Rusiya da bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=41362

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31