Türkiyə Rusiyaya qarşı Qarabağdan cəbhə açdı – “Kommersant”

27.11.2015 - 13:34

ordu“Türkiyə Rusiyaya qarşı Qarabağ cəbhəsindən hücum etmək niyyətindədir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşrinin məqaləsində deyilir.
Nəşr yazır ki, Moskva və Ankara arasında münaqişə gözlənilməz dalana girdi: “Ankara Rusiyanın Türkiyə iqtisadiyyatına sanksiyalar qoymaq niyyətinə və onun imicinə zərbə vurmasına sərt reaksiya verdi. Misal üçün, Rusiya 1915-ci ildə Türkiyədə baş vermiş hadisələrin “erməni soyqırımı” olduğunu inkar edənlərin qanunla cəzalandırılması kimi məsələləri gündəmə gətirdi. 2015-ci ilin aprel ayında Vladimir Putin “erməni məsələsi”nin 100 illiyi münasibətilə İrəvana getməsindən sonra bu istiqamətdə Ankara-Moskva münasibətlərində çat yaranmışdı. İndi eyni vəziyyət yenidən təkrarlandı. Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşü ləğv olundu”.
Nəşr qeyd edir ki, bu fonda Çavuşoğlunun Bakıya gəlməsi və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparması diqqət çəkir.
“Bu görüş haqda ilk ehtimalları Əhməd Davudoğlunun bəyanatında görmək mümkündür. “Türkiyə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması üçün bacardığı hər şeyi edəcək” deməklə o, faktiki olaraq Rusiya ilə mübarizənin yeni cəbhəsini Qarabağdan açdı. Davudoğlu qeyd etdi ki, Ankaranın niyyəti Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında iştirak etməkdir”, – deyə “Kommersant” vurğulayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=41531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31