Məmmədyarov Çavuşoğlu ilə görüşdə təsdiqlədi: Prezidentlər görüşəcək

27.11.2015 - 14:44

elmar“Gələn ay Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Elmar Məmmədyarov bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan səfəri zamanı təkliflərlə çıxış edib:

“Baxmayaraq ki, Sergey Lavrov Ermənistana tək getmişdi. Amma o, problemin həllini həmsədr ölkənin rəsmi şəxsi kimi müzakirələr aparıb. Bu münaqişə regionda sosial iqtisadi problem yaradır”. Mövlud Çavuşoğlu isə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana bundan sonra dəstək veriləcəyini bildirib. “Biz bu məsələnin həllində Azərbaycanın mövqeyini dəstəkləyirik. Minsk Qrupunu Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olmağa çağırırıq”.

M.Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevlə, baş nazir Artur Rəsizadə və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb. Sosial şəbəkə səhifəsində qeyd edilib ki, prezidentlə görüşdə uzunmüddətli Türkiyə-Azərbaycan əlaqələri müzakirə edilib. Çavuşoğlı həmçinin Azərbaycanla birgə həyata keçirilən enerji layihələrinə toxunaraq bildirdi ki, əməkdaşlıq bundan sonra da davam edəcək:

“Bakı-Tiflis-Qars dəmir yolu layihəsi tez bir zamanda həyata keçiriləcək. Biz bu layihə ilə kifayətlənmək istəmirik. Çinə qədər olan xətdə Azərbaycan böyük rol oynayacaq. Türkiyə-Azərbaycan-Türkmənistan görüşü oktyabrda baş tutmadı, amma 2016-cı ildə baş tutacaq. Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlər yüksək səviyyədə inkişaf edir”.

Dövlət rəsmiləri ilə danışıqlarda həmçinin parlamentlərarası əlaqələrin sonrakı inkişafı da müzakirə edilib.

Görüşlərdən öncə o, Fəxri Xiyaban və Şəhidlər Xiyabanında, türk şəhidliyində olub. Bakının mənzərəsini izləyib.

ANS

Short URL: http://www.cumhuriyyet.net/?p=41559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31