“318 milyon manatı Cahangir Hacıyevin göstərişi ilə oğurlamışam” – ETİRAF

28.11.2015 - 11:50

eldar“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 mart, 2016-cı il tarixinə qədər uzadılıb.

Bu ilin may ayında həbs edilən A.Hüseynov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının rəhbəri olub.

A.Hüseynov istintaqa ifadəsində bildirib ki, o, filial rəhbəri olarkən Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Cahangir Hacıyev, İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev və digər rəhbər şəxslərin göstərişi ilə hərəkət edib. O, 318 milyon manat vəsaitin xərclənməsində birbaşa rəhbərlik tərəfindən göstəriş aldığını bildirib. Kreditlərin verilməsinə isə birbaşa həmin vaxt İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Emil Mustafayevin şəxsən özü nəzarət edib.

A.Hüseynov 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir.

Qeyd edək ki, A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.

// virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=41620

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31