Əliyevlə Sərkisyan görüş yerini dəyişdi: Paris təhlükəlidir!

28.11.2015 - 15:24

esAzərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparmaq üçün əvvəlcədən nəzərdə tutulan görüş yerini dəyişdiriblər.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Ermənistan XİN-dəki mənbə “Qraparak” qəzetinə bildirib.

Prezidentlər həmçinin görüşün başqa vaxta keçirilməsini qərarlaşdırıblar.

“Paris artıq bu görüşün keçirilməsi üçün məqsədəuyğun məkan deyil”- deyə mənbə Fransa paytaxtında baş vermiş terror aktlarını nəzərdə tutaraq deyib.

Gözlənilirdi ki, Azərbaycan və Ermənistan prezidentləri Parisdə dekabrın əvvəlində keçiriləcək qlobal iqlim dəyişikliyi sammiti çərçivəsində görüşəcəklər. Lakin aydın olmur ki, Fransa paytaxtında bu terror hücumlarından sonra beynəlxalq sammit keçirmək mümkün olduğu halda Azərbaycan və Ermənistan dövlət başçılarının ikitərəfli görüşünün təşkili təhlükəsizlik baxımından niyə riskli hesab edilib.

İlham Əliyevlə Serj Sərkisyan arasında bir ildən sonra baş tutacaq ilk görüşdə Rusiyanın Qarabağ münaqişəsinə dair tərəflərə təqdim etdiyi yeni təkliflərin müzakirə olunacağı gözlənilir. Bu təklifləri xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da İrəvana səfəri zamanı təqdim edib.

Planın detalları məlum olmasa da orada ərazilərin qaytarılması elementinin yer aldığı bildirilir. Azərbaycan tərəfi isə bildirib ki, Rusiya Minsk Qrupu həmsədrləri adından bu planı təqdim edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41681

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31