Elmar Məmmədyarov NATO iclasında iştirak edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
“Report” diplomatik mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 1-2-də Brüsseldə baş tutacaq.
İclasa NATO baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.
Qeyd edək ki, Azərbaycan NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=41846