Nazir: Türkiyəyə gedən rusiyalı turistlərin Azərbaycana cəlb olunması üçün işlər görürük

30.11.2015 - 12:33

ebulfes“Rusiya və Türkiyə məsələlərinin bu həddə çatması həmin ölkələrin qarşılıqlı turist axınının azalmasına gətirib çıxardacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün çox önəmli turizm nümunəsidir: “Belə gərginliyin yaranması Türkiyəyə Rusiyadan turist axınını azaldacaq. Biz də vəziyyəti nəzərə alıb bu istiqamətdə müəyyən işlər görürük. Artıq Azərbaycan Turizm Assosiasiyası və “AZAL”la birlikdə bu məsələləri müzakirə etmişik. Otellərlə də bu məsələni razılaşdırmışıq ki, onlar yeni tövsiyələrini bizə göndərsinlər. Bu gün nazirlikdə Azərbaycan Turizm Assosiasiyası və turizm sənayesinin nümayəndələri ilə bununla bağlı görüş olacaq. Bu məsələləri bir daha nəzərdən keçirəcəyik”.

Nazir bildirib ki, Türkiyədə olan turizm şəraitini Azərbaycan yaratmaq çətindir: “Rusiya bazarında Azərbaycan turizminin layiqincə təmsil olunmasında maraqlıyıq. Biz Azərbaycana gələcək turistlərə ancaq səyahət, qış, ziyarət, mədəni, müalicə, qostronomik və digər turizm növləri təqdim edə bilərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=41911

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31