Pənah Hüseynin yeddi qohumu həbs təhdidi altında…

30.11.2015 - 14:32
penahBu gün- noyabrın 30-da Sabirabad Rayon Məhkəməsində müxalifət liderlərindən olan Pənah Hüseynin yeddi qohumuna qarşı məhkəmə keçirilib. Musavat.com xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçən proses bir saat davam edib. 
Prosesdə dövlət ittihamçısı bildirib ki, məhkəmə istintaqı yekunlaşıb. Onun sözlərinə görə, 2014-cü ilin avqustunda baş verən xuliqanlıq hərəkətləri şahid ifadələri ilə təsdiqini tapıb.
Dövlət ittihamçısı P.Hüseynin qohumlarına üst-üstə 25 il 6 ay iş istəyib.
İxtiyar Sərxoşov üçün 5 il, Sərxoş Sərxoşova 5 il, Adil Hüseynova 3 il, Vasif Hüseynova 2
il 6 ay, Mansur Hüseynova 2 il 6 ay, Qaşqay Hüseynova 2 il 6 ay, Xalid Sərxoşova 2 il 6 ay müddətinə həbs verilməsini istəyib. Qarşı tərəfdən təqsirləndirilən Rəsul Dəmirova da 2 il 6 ay iş istənilib.
R.Dəmirovun qardaşı Təhməz Dəmirov bildirib ki, dövlət ittihamçısı ilə razıdır.
Daha sonra vəkillər çıxış ediblər. Vasif Hüseynovun vəkili Pənah Məmmədov bildirib ki, ittihamla razı deyil: “İbtidai istintaq zamanı araşdırma düzgün aparılmayıb. Şahidlərin fikirlərində zidiyyət var idi. İndi şahid ifadələrini bir-bir xatırlatmaq istəmirəm, ancaq bizim verdiyimiz suallara ziddiyyətli cavabları məhkəmənin qarşısında olub. Şahidlərin ifadələri ilə Vasif Hüseynovla bağlı fakt təsdiq olunmur. Zərərçəkən dəqiq ifadə verə bilməyib ki, onu nə ilə vurublar. Əslində Vasif özü zərərçəkəndir. Burada heç bir xuliqanlıqdan söhbət gedə bilməz. Əməldə xuliqanlıq cinayəti yoxdur. Buna görə bəraət hökmü çıxarılmalıdır. Əməl ibtidai istintaq zamanı düzgün araşdırılmayıb”.
Vəkill Mirismayıl Hadi isə qeyd edib ki, Hüseynovlar ailəsinin yeddi üzvünə istənilən cəzalar ağırdır: “Onların hər biri barəsində ağır cəzalar istənilib. Müdafiə çıxışı üçün vaxt istəyirəm”.
Digər vəkillər də çıxış üçün vaxt verilməsini istəyiblər. Məhkəmə prosesi dekabrın 7-nə təyin edilib.
Məhkəməni hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səadət Bənənyarlı da izləyib.








Short URL: http://www.cumhuriyyet.net/?p=41942

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31