Nazir generallarla bağlı Ali Baş Komandan qarşısında vəsatət qaldıracaq

30.11.2015 - 14:39

zakirSilahlı Qüvvələrin 4 generalının ordu sıralarından tərxis edilməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Cümhuriyyət.az-a verilən məlumatda deyilir.

Bildirilir ki, general-mayor Qorxmaz Qarayev həqiqətən də “öz arzusu ilə” Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.

Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit – general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.

Müdafiə naziri Zakir Həsənov tərəfindən general-mayor F.Cəbrayılov və general-mayor R.Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M.Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=41945

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31