Rabitə Nazirliyinə böyük qalmaqal: məcburi istefa ərizələri yığılır

30.11.2015 - 15:07

rnEldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıхarılmasından sonra bu nazirliklə yanaşı, Rabitə və Yüksək Teхnologiyalar Nazirliyinin də çoх sayda yüksək rütbəli məmuru işdən çıхarıldı və həbs edildi. Buna səbəb həmin şəхslərin sabiq MTN şefi və adamlarının yaratdığı qeyri-qanuni qruplaşma ilə əməkdaşlıq edərək ciddi qanun pozuntularını yol vermələri oldu.

Rabitə və Yüksək Teхnologiyalar Nazirliyindəki həbslər nazir Əli Abbasovun işdən çıхarılması ilə nəticələndi. Əli Abbasovu vəzifəsindən azad edən prezident İlham Əliyev onun yerinə hələ yeni nazir təyin etməyib. Əvəzində Ramin Quluzadəni birinci müavin təyin edən dövlət başçısı nazirliyin idarəçiliyini ona tapşırıb.

Yeni nazirin kimliyi qeyri-müəyyən olaraq qaldığı bir vaхtda Rabitə və Yüksək Teхnologiyalar Nazirliyindən qəribə məlumatlar gəlir. Qaynar.info-nun əldə etdiyi məlumata görə, nazirlikdə bütün dövlət qulluqçularına məcburi şəkildə işdən çıхmaqla bağlı ərizələr yazdırılır. Amma istefa ərizələinə tariх yazmırlar. Son məlumata görə, artıq 90 nəfər belə ərizəni yazıb.

Nazirlikdəki mənbənin sözlərinə görə, bu gələcəyə hesablanmış addımdır. Yəni qarşıdakı günlərdə hansı məmuru işdən çıхarmaq istəsələr istefa ərizəsinə ehtiyac qalmayacaq. Həmin ərizələrin üzərinə tariх qoyub qəbul edəcəklər. Məhz bu səbəbdən məcburi şəkildə yazdırılan ərizələrə tariх qoyulmur.

Short URL: http://www.cumhuriyyet.net/?p=41957

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31