Bulvardakı parovoz biznesi Çovdarovun oğlunun imiş

30.11.2015 - 16:30

paravoz“Bakı bulvarındakı gəzinti parovozları Akif Çovdarovun oğluna məxsusdur”.

Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akir Çovdarov tərəfindən təhdid olunan, öldürüləcəyi ilə hədələnən sahibkar Roman Səfərov deyib.

R.Səfərovun dediklərindən belə məlum olub ki, bulvarda fəaliyyət göstərən parovozlar generalın oğlu Ruslan Çovdarova məxsusdur.

Qeyd edək ki, virtualaz.org saytı bu haqda hələ bir həftə əvvəl məlumat vermişdi. “MTN generalları hətta oyuncaqlardan da pul çıxardırmış” başlıqlı məqalədə deyilirdi ki, Eldar Mahmudov və adamları hətta Bakı bulvarındakı gəzinti parovozlarını da öz əlinə keçirib.

“Əsasən turistləri gəzdirən bu dekorativ qatarlar Eldar Mahmudovun gündən-günə böyüyən biznes imperiyasına hər gün öz “qəpik-quruş töhfəsi”ni veririmiş”- deyə həmin məqalədə bildirilirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=41990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31