Nardaranda yeni əməliyyat keçirilir: Vilayət Eyvazov Nardarana getdi

01.12.2015 - 16:56

vilayetDaxili işlər nazirinin müavini Nardarandadır

Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, nazir müavini Vilayət Eyvazov Bu dəqiqələrdə kəndə gəlib.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov açıqlama verərək bildirib ki, hazırda evlərdə yoxlama aparılır: “Siyahı ilə evlərdə axtarış aparırlar. Yəqin ki, axtarışda olanlar var”.

Natiq Kərimov əməliyyat keçirilən zaman heç bir qarşıdurmanın olmadığını bildirib.

Meyitlərin dəfn olunması xəbərinə gəlincə isə N.Kərimov qeyd edib ki, bu haqda məlumatı yoxdur: “Heç kimin məlumatı yoxdur. Mümkün qədər əlaqə saxlayırıq. Bilsək dəfində iştirak edəcəyik”.

Hazırda kənddə vəziyyətin normal olduğunu deyən N.Kərimov əlavə edib ki, istəyən kənd sakini evdən çıxıb mağazaya gedə bilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=42259

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31