“Kredit oliqarxı” az qala pencəklərini də satır…

02.12.2015 - 16:34

dunyaminSabiq deputat Dünyamin Xəlilova məxsus “Harvey Nichols” elit geyim dükanı misilsiz satış kampaniyası keçirib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, dekabrın 1-də saat 23:00-da “Harvey Nichols”da bütün mallara 70 faiz endirim tətbiq edildiyi elan olunub. Kampaniya 4 saat çəkib və saat 03:00-da başa çatıb.

Mağaza rəhbərliyinin bu qeyri-adi addıma getməsinin səbəbi kəskin nağd pul çatışmazlığı ilə izah edilir.

Qeyd edək ki, bəzi məlumatlara görə, Dünyamin Xəlilovun Azərbaycan Beynəlxalq Banka kredit borcu var. Onun borcunun məbləğinin bir neçə yüz milyon manat olduğu deyilir.

D.Xəlilov digər “kredit oliqarxı” Xaqani Bəşirovun işgüzar tərəfdaşıdır. D.Xəlilova məxsus “Globus Plaza” şirkətinin problemləri bu ilin mayında Beynəlxalq Banka böyük məbləğlərdə kredit borcu olan oliqarxların həbsindən sonra başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=42530

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31