Elmar Vəliyev: “Təxribat Gəncədə hələ əvvəl başlamışdı”

03.12.2015 - 10:43

elmarNoyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup radikal şəxslərin ölkədə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməyə yönəldilmiş hərəkətlərinə münasibət bildirilməsi ilə əlaqədar Gəncə şəhər ictimaiyyətinin toplantısı keçirilib.

Toplantını açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir neçə gün öncə Bakının Nardaran qəsəbəsində bir qrup şəxsin törətdiyi əməlləri pisləyərək onların hərəkətlərinin yolverilməz olduğunu bildirib.

Heç bir qruplaşmaya ölkədə sabitliyi pozmağa icazə verilməyəcəyini deyən E.Vəliyev qeyd edib ki, təxribat Gəncədə hələ bir müddət əvvəl başlamışdı.

“Oktyabrın 23-də şəhərdəki Cümə məscidinə toplaşan bir qrup radikal şəxs asayişi pozaraq dini ayin keçirmək adı altında ekstremist hərəkətlər etmiş, nəticədə hüquq-mühafizə orqanları tərəfindən 82 nəfər həbs olunmuş, digərləri isə ərazidən uzaqlaşa bilmişdilər. Dindirilmə zamanı məlum olmuşdu ki, həbs olunanların çoxu digər bölgələrdəndir” – deyə E.Vəliyev bildirib.

Sonra şəhər ağsaqqallar şurasının sədri Xalid Orucov, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasov və başqaları çıxış edərək Nardaran hadisələrini pisləyib, ölkədə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından danışıblar.

Tədbirin sonunda Gəncə dindarları adından ölkə ictimaiyyətinə Nardaran hadisələrini pisləyən müraciət qəbul olunub (APA).

Short URL: http://www.cumhuriyyet.net/?p=42641

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31