“Avropa Parlamenti ilə işləmək lazımdır” – Mahmud Məmmədquliyev

03.12.2015 - 10:50

mahmud“Avropa Parlamenti ilə işləmək lazımdır. Ona görə ki, Avropa Parlamenti Avropa İttifaqının bir qurumudur”.

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan parlamenti qərar çıxarıb ki, daha “Avronest”də iştirak etməsin: “Lakin demək olmaz ki, Avropa parlamentində olan hər kəs Azərbaycanın əleyhinə olan qətnamənin lehinə səs verib. Әn böyük partiya olan Avropa Xalq Partiyasının üzvlərinin hamısı qətnamənin əleyhinə çıxıb. Lehinə səs verən parlamentarilərin sayı 300-dən artıqdır, orada isə 700-dən çox parlament üzvü var.

Avropa Parlamentinin bütünlüklə Azərbaycana qarşı olduğunu demək düzgün deyil. Bizim parlamentlərarası əməkdaşlıq qrupumuz var, bu qrupun iclası bir müddətdir, keçirilmir. Düzdür, o qətnamədən sonra biz ümumiyyətlə bir sıra əməkdaşlıq mexanizmlərini dayandırmışıq. Lakin bu bizim parlamentin işidir. Biz yalnız tövsiyə edə bilərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42644

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31