Davudoğlu: Rusiya ilə böhranın Türkiyə-Azərbaycan münasibətlərinə dəxli yoxdur

03.12.2015 - 12:06

davudoqlu2Türkiyə ilə Azərbaycan Avropa və Asiyanı birləşdirir.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfəri ərəfəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Türkiyə birgə olduqca vacib enerji layihələrini reallaşdırır: “Belə layihələrdən biri TAP-dır”.

Ə.Davudoğlu bildirib: “Energetika sahəsində Azərbaycanla əlaqələrimiz hər gün inkişaf edir. Türkiyə bundan sonra da Azərbaycanla münasibətləri inkişaf etdirəcək və bu, Rusiya ilə münasibətlərdə yaranmış böhranla bağlı deyil”.

Baş nazir əlavə edib ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycanı dəstəkləyəcək, çünki iki qardaş ölkəni ümumi mədəniyyət və tarix birləşdirir: “Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi bizim üçün vacib məsələlərdən biridir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42690

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31