Davudoğludan namaz sonrası Qarabağ açıqlaması

04.12.2015 - 14:40

namazTürkiyənin baş naziri: “Arzu edirəm ki, növbəti illərdə cümələrimizi Qarabağda qılaq”

Hazırda ölkəmizdə səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu “Hacı Əjdərbəy”(Göy Məscid) məscidində cümə namazı qılıb. Qardaş ölkənin baş naziri məsciddə çıxış edib. O, yeni hökumətin baş naziri kimi ilk səfərini Azərbaycana etdiyini bildirib: “Artıq biz də adətə çevrilib. Dövlət rəhbərliyi olaraq, ilk səfərlərimizi Azərbaycana edirik. Arzu edirəm ki, növbəti illərdə cümələrimizi Qarabağda qılaq. Daim birlikdə olaq”.

Məsciddə namaz qılanlar Türkiyənin baş nazirini alqışlayıblar. Davudoğlu ilə birlikdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə də cümə namazı qılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=43012

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31