Milli Məclisdə Rəsulzadə ilə bağlı müzakirə – Deputat tələb etdi, vitse-spiker “araşdırılmalıdır” dedi

04.12.2015 - 14:49

????????????????????????????????????

“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deputat Musa Qasımlı bildirib ki, sənədi dövlətimizin dünyəvi, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması üçün əhəmiyyətli hesab edir.

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, bəzi dindarların, dini qrupların və başqalarının dövlətin işinə qarışdığını müşahidə edirik:

“Vətəndaşları bu və ya digər dini cərəyana itaət etməyə çağırırlar, dini ekstremizm məhsullarını yayırlar. Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciələrlə nəticələnə bilər. Məscidlərin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz, ora dini ibadət yerləridir. Məscidlərdə aşura günləri orta əsrlər səviyyəsində keçirilməməlidir. Ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır, Yaxın və Orta Şərqdən ibrət dərsləri alınmalıdır”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, bu qanunu qəbul edəndən sonra onun nə qədər dar çərçivədə olacağını görəcəyik:

“Təklif edərdim ki, siyasi və dini ekstremizmə qarşı mübarizə ilə bağlı qanun layihəsi qəbul edək. Dövlət liderinə, dövlətin əsasını qoyan şəxsə qarşı belə münasibət olmaz. Konstitusiyaya görə, biz 1918-ci il dövlətini bərpa etmişik. Biz bunun hüquqi varisiyik. Belə vəziyyətdə həmin dövlətin qurucusu, onun fikirləri, ideyaları haqqında hər kəs tənqidi fikir söyləyə bilər. Amma təhqiramiz fikir söyləmək, hörmətsiz yanaşmaq qəti yolverilməzdir. Deputat etikası var, rəhbərlik səviyyəsində bu məsələyə münasibət bildirilməlidir ki, gələcəkdə təkrarlanmasın. Bu gün eşitdim ki, Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki büstü üzərindən çuval götürülüb, bu sevindirici haldır. Biz AXCP-də indiki hakimiyyətə, rəhmətlik Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq. Amma Elçibəy öləndə Heydər Əliyev onun məzarı önünə gələndə cəbhəçilərin fikrində ona qarşı dəyişiklik yaratdı. Dövlətin qurucusu olmuş şəxsə bu dərəcədə münasibəti pisləyirəm və Yeni Azərbaycan Partiyası buna münasibət bildirməlidir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Fazil Mustafanın məsələni araşdırmadan münasibət bildirməsini pisləyib:

“Siz hüquqşünassınız və bu araşdırmalıdır. Naqif Həmzəyev belə söz demədiyini bəyan edib. O deyir ki, fikri kontekstdən çıxarılıb. Bu məsələ araşdırılmalıdır. Bunun nəticəsi olmadan nəsə demək olmaz. Birtərəfli yanaşmaq olmaz. Buna görə hesab edirəm ki, iki tərəf – deputat və onu yazan qəzet qarşılıqlı oturub bu məsələni araşdırsınlar və sonra buna münasibət bildirilsin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43015

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31