Davudoğlunun “Can Azərbaycan…” tviti – Foto

04.12.2015 - 15:32
davudTürkiyənin baş  naziri Əhməd Davudoğlu Bakıya iki günlük səfər edib.  
Musavat.com-un məlumatına görə, Ə. Davudoğlunu hava limanında baş nazirin müavini Əli Əhmədov qarşılayıb. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyə  baş nazirini qəbul edib. Əvvəlcə İlham Əliyevlə Əhməd Davudoğlu arasında təkbətək görüş keçirilib. Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Ə.Davudoğlu “Twitter” hesabından paylaşdığı son mesajda Azərbaycan prezidentinə minnətdarlığını bildirib. Baş nazir prezident İlham Əliyevin”Twitter” hesabını işarələyərək, səfəri zamanı birlikdə çəkilən fotoları da mesajına əlavə edib.
Baş nazir qeyd edib: “Can Azərbaycanda bizi qonaq edən prezident  və qardaşlarımıza təşəkkür edirik. Biz bir millət iki dövlətik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31