Ərdoğandan dəqiq mesaj: “15 min əsgər döyüşə hazırdır”

04.12.2015 - 15:38

erdoqan2“PYD-dən gələ biləcək hər hansı təhlükəyə qarşı 15 min əsgər sərhəddə tankı və topu ilə hazır vəziyyətdədir”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“’Koalisiya güclərinin mübarizəsi ilk növbədə İŞİD və digər terror təşkilatlarına qarşıdır. Bütün terror təşkilatlarına qarşı olduğumuzu hər vaxt söylədik. İŞİD-ə qarşı koalisiya gücləri ilə birlikdə mübarizə aparırıq. Obama ilə də danışdıq, əməliyyatlar davam edəcək. Havadan koalisiya gücləri, quruda isə Azad Suriya Ordusu mübarizə aparacaq. 15 min əsgər sərhədimizdə ola biləcək hər hansı təhlükəyə qarşı tankı və topu ilə hazır vəziyyətdədir”, – Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Ankara Suriyanın şimalında – Fərat çayının qərbində PYD (PKK terror təşkilatının Suriya qolu) üçün “qırmızı xətt” çəkib. Türkiyə İŞİD-dən azad ediləcək bölgəyə PYD deyil, Azad Suriya Ordusunun daxil olmasını istəyir. Ankara dəfələrlə bəyan edib ki, PYD Fərat çayının qərbinə keçəcəyi halda vurulacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=43033

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31